Ötən il Azərbaycanın nəqliyyat və rabitə sektorlarında əmək haqqı artıb

Ötən il Azərbaycanın nəqliyyat və rabitə sektorlarında əmək haqqı artıb
# 28 fevral 2013 14:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın nəqliyyat müəssisələrində işləyən 68,4 min muzdlu işçinin 74,8%-i dövlət müəssisələrində, 25,2%-i özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, işçilərin 55%-i yerüstü və boru kəməri, 14,5%-i su, 7,9%-i hava nəqliyyatı, 22,6%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

Əvvəlki illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 12,8% artaraq 504,1 manat olub, bu göstərici hava nəqliyyatında 988,4 manat, dəniz nəqliyyatında 704,4 manat, avtomobil nəqliyyatında 464,4 manat, dəmir yolu nəqliyyatında isə 225,8 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 19,7%, dəmir yolu nəqliyyatında 13,5%, hava nəqliyyatında 5,9%, avtomobil nəqliyyatında isə 6,7% artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8% artaraq 621,8 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR