“Qarabağ”a texniki məğlubiyyət veriləcək

“Qarabağ”a texniki məğlubiyyət veriləcək
# 11 avqust 2014 09:22 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasının I turundakı biabırçılıq yalnız "Bakı"nın mövsümün ilk oyununa hazır olmaması il yekunlaşmayıb. Apasport.az saytı xəbər verir ki, ilk oyun günündə keçirilən "Sumqayıt" - "Qarabağ" matçında da maraqlı hadisə yaşanıb.

Belə ki, "Qarabağ"ın heyətində 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzində meydana daxil olub. Halbuki, həmin vaxt meydanda 6 legioner futbolçu olduğundan, baş məşqçi Qurban Qurbanov yeni legioneri meydandakılardan birinin əvəzində meydana buraxa bilərdi. Amma braziliyalı futbolçunun məhz Namiqi əvəzləməsi səbəbindən limit pozulub.

Buna görə, "Qarabağ"a texniki məğlubiyyət veriləcək. Halbuki, son çempion səfər oyununda 3:0 hesabı ilə qalbi gəlmişdi.

Onu da xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni elita klubları eyni vaxtda 6 legioner+5 yerli futbolçu oynada bilərlər.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də faktı təsdiqləyib. O, apasport.az saytına açıqlamasında bildirib ki, limiti pozduğu üçün “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR