Vurğun Əyyubun deputatlığa namizədliyi ilə bağlı qərar Müsavat rəhbərliyinə təqdim edilib

Vurğun Əyyubun deputatlığa namizədliyi ilə bağlı qərar Müsavat rəhbərliyinə təqdim edilib
# 31 mart 2015 13:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası Məclisinin üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun deputatlığa namizəd göstərilməsi ilə bağlı qərar partiya rəhbərliyinə təqdim olunub.

Bu barədə APA-ya Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli məlumat verib. O bildirib ki, martın 27-də Suraxanı təşkilatının Şura iclasında rayon ərazisindəki 3 seçki dairəsindən 3 nəfərin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib: “30 saylı seçki dairəsindən Vurğun Əyyubun, 31 saylı dairədən Fəxrəddin Əhmədin, 32 saylı dairədən isə Xatirə Allahverdiyevanın namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etdik. Bu gün Şura toplantısının protokolundan çıxarış Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlıya təqdim olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR