Bakı. Fərid Mirzəyev – APA. Bakıda evdə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kvadratmetr olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.