Rusiyanın Çelyabinsk vilayətində təqaüdçü ov tüfəngindən 4 qohumunu güllələyib

Rusiyanın Çelyabinsk vilayətində təqaüdçü ov tüfəngindən 4 qohumunu güllələyib
# 05 may 2013 05:07 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Çelyabinsk vilayətində 65 yaşlı şəxs ov tüfəngindən qohumlarına atəş açıb, nəticədə 3 nəfər hadisə yerində ölüb, bir nəfər ağır yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sərxoş vəziyyətdə olan 65 yaşlı təqaüdçü qardaşının evinə gələrək münaqişə törədib. Münaqişə zəminində o ov tüfəngindən qardaşına, onun yoldaşına, qızına və yeznəsinə bir neçə dəfə atəş açıb. Bundan sonra o intihar məqsədi ilə öz sinəsinə atəş açıb.

Qanlı insident nəticəsində 3 nəfər (qardaşı, onun yoldaşı və yeznəsi) hadisə yerində ölüb. Atəş açan şəxs və onun qızı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR