Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub

Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub
# 15 aprel 2015 06:58 (UTC +04:00)

Bakı - APA. Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR