Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsini qəbul edib
# 17 may 2015 14:54 (UTC +04:00)

APA-nın məlumatına görə, Nassir Abdulaziz Al-Nasser qeyd edib ki, prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib və Bakıda keçiriləcək birinci Avropa Oyunları mühüm əhəmiyyət daşıyır.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmindən danışan Nassir Abdulaziz Al-Nasser təmsil etdiyi qurumun Forumun etibarlı tərəfdaşı olmasından məmnunluğunu vurğulayıb.

O, Azərbaycanda millətlər, dinlər, mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşma siyasətinin davam etdirilməsi işini yüksək dəyərləndirib, “Bakı prosesi”nə verdiyi töhfəyə görə prezident İlham Əliyevə minnətdarlıq edib.

Qonaq 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda dünyanın ən nüfuzlu qurumlarının və görkəmli şəxsiyyətlərinin iştirak edəcəklərini də bildirib.

Nassir Abdulaziz Al-Nasserin fikirlərinə razılığını bildirən dövlət başçısı Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlər kimi, 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun da yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Görüşdə 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR