Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi pərdə və plyonkalardan istifadə halları ilə bağlı sürücülərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi pərdə və plyonkalardan istifadə halları ilə bağlı sürücülərə müraciət edib
# 08 aprel 2013 10:11 (UTC +04:00)

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi V. Əsədovun APA-ya verdiyi məlumata görə, müraciət avtomobillərdə pərdə və plyonkalardan istifadə halları ilə bağlıdır.

V. Əsədov son zamanlar paytaxt ərazisində avtomobillərdə pərdə və plyonkalardan istifadə hallarının aşkarlandığını deyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilir ki, Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təyin etdiyi və “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavəyə əsasən, avtomobillərdə yalnız küləyə qarşı olmayan və əhali arasında arxa alın şüşəsi kimi tanınan şüşələrə plyonka və jalüzlərin çəkilməsinə icazə verilir və tündləşdirmə dərəcəsinə məhdudiyyət qoyulmur: ““Jeep” tipli avtomobillərin yük yerinin yan şüşəsinə və digər kateqoriyaya aid edilən şüşələrə plyonka və hər hansı bir görünüşü məhdudlaşdıran vasitələrin vurulması qadağandır. Sənaye üsulu ilə hazırlanan 40 % tündləşdirici şüşələrin istifadəsinə isə icazə verilir. Arxa, qabaq küləyə qarşı alın şüşəsi və arxa sağ və sol qapı şüşələrinin plyonka və digər görünüşü məhdudlaşdıran vasitələr və istehsalçı zavodun müəyyən etdiyi arxa sağ-sol qapılarda avtomatik qurğu hesabına görünüşün məhdudlaşdırılması da qadağandır”.

V. Əsədov sürücülərə müraciətində bildirib ki, idarə etdikləri avtomobillərdə qanunla qadağan edilən pərdə və plyonkalardan istifadə etməsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR