Sabirabadda iki nəfər bıçaqlanıb

Sabirabadda iki nəfər bıçaqlanıb
# 26 sentyabr 2015 07:26 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonu ərazisində son iki gün ərzində iki bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, baş verənlər nəticəsində Qaradağ rayonu Lökbatan qəsəbə sakini, 1983-cü il təvəllüdlü Paşayev Mehdixan Ənvər oğlu və Sabirabad rayonu Qəzli kənd sakini, 1975-ci il təvəllüdlü Həsənov Güləhməd İbad oğlu bıçaqlanıb.

Həmin şəxslər bədənlərinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Sabirabad rayon xəstəxanasına yerləşdirlib. Hazırda hadisələrin səbəbləri və cinayəti törədənlərin adları dəqiqləşdirilir.

Hər iki faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR