İranda növbəti zəlzələ baş verib

İranda növbəti zəlzələ baş verib
# 26 aprel 2013 09:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Bu gün İranda növbəti zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakət İranın Fars vilayətində yerli vaxtla səhər saat 07:21-də meydana gəlib.

4,3 bal gücündə olan zəlzələnin episentri Fars vilayətinin Dehram şəhəri olub. Yerin 14 kilometr dərinliyində baş verən təbii fəlakət nəticəsində dağıntı və tələfatın olub-olmaması barədə heç bir məlumat verilməyib. Zəlzələ Dehramdan 2 km, Fəraşbənddən 45 km, Firuzdan 47 km və Tehrandan 804 km uzaqlıqda baş verib.

Qeyd edək ki, aprelin 25-də İranın Kirman və Sistan və Bəlucistan vilayətlərində də 4 və 4,3 bal güclərində olan iki zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR