Ucarda iki avtomobil toqquşub, xəsarət alan var

Ucarda iki avtomobil toqquşub, xəsarət alan var
# 02 iyun 2016 13:57 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında səhərin Heydər Əliyev prospektində, Ucar rayon prokurorluğunun qarşısında qeydə alınıb. İki “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində maşınlardan birində olan sərnişin, rayonun Yuxarı Şilyan kənd sakini, 1966-cı il təvəllüdlü Məryəm Sədiyar qızı Məmmədova müxtəlif xəsarətlər alıb.

Qadın Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR