Azərbaycanda martda 3 800-dən çox vergi ödəyicisində pozuntu aşkarlanıb

Azərbaycanda martda 3 800-dən çox vergi ödəyicisində pozuntu aşkarlanıb
# 03 aprel 2013 14:57 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin mart ayı ərzində Azərbaycanda vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı 3 849 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2 092 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 395 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 255 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 467 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 400 vergi ödəyicisi tərəfindən 737 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 18 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 165 ədəd mal olduğu aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR