Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakinini ilan sancıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 2001-ci il təvəllüdlü Həsən İsmayılov ayaq nahiyəsindən ilan sancma xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstyəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, o Göygöl rayonun “Azos” adlanan ərazisində çayda çimərkən ilan onu sancıb.