Rusiyada OMON-un idman kompleksi uçub, 5 nəfər ölüb

Rusiyada OMON-un idman kompleksi uçub, 5 nəfər ölüb
# 04 iyul 2015 03:55 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Velikiy Novqorod şəhərində OMON-un (xüsusi təyinatlı polis dəstəsi) idman kompleksinin uçması nəticəsində 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, ölənlərdən biri Kamerun vətəndaşıdır.

Məlumata görə, hadisə ötən gün saat 18 radələrində binanın damında təmir işləri aparılarkən baş verib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR