Ekspertiza Ermənistanda 7 nəfərlik ailəni qətlə yetirməkdə təqsirli bilinən rusiyalı hərbçini ruhi cəhətdən sağlam hesab edib

Ekspertiza Ermənistanda 7 nəfərlik ailəni qətlə yetirməkdə təqsirli bilinən rusiyalı hərbçini ruhi cəhətdən sağlam hesab edib
# 09 aprel 2015 12:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Interfax”a istintaq prosesində iştirak edən mənbə məlumat verib. Mənbənin sözlərinə görə, istintaqın tələbi ilə aparılan psixi ekspertizanın cavabı belə olub. Ekspertiza hazırda V. Permyakovun saxlanıldığı Gümrüdəki hərbi bazada stasionar şəraitdə aparılıb: “Ekspertlər onda müəyyən psixi pozuntular və yayınmalar aşkar ediblər, lakin o, ümumilikdə əqli cəhətdən sağlam kimi qiymətləndirilib".

Bildirilir ki, V. Permyakov ruhi xəstə hesab edilsəydi, o halda cinayət məsuliyyətindən azad olunmalı, məhkəmənin hökmü ilə məcburi müalicəyə göndərilməli idi: “Hazırda onu cinayət məsuliyyətinə cəlb etmək, ittiham aktı irəli sürmək və məhkəməyə göndərməklə bağlı bütün əsaslar mövcuddur”.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gün sonra xəstəxanada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR