Rusiya aviaşirkətlərinə aralarında Azərbaycanın da olduğu 47 ölkəyə uçuşlarda təhlükəsizliyi gücləndirmək tövsiyə edilib

Rusiya aviaşirkətlərinə aralarında Azərbaycanın da olduğu 47 ölkəyə uçuşlarda təhlükəsizliyi gücləndirmək tövsiyə edilib
# 17 noyabr 2015 12:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya aviaşirkətlərinə Azərbaycan da daxil olmaqla, 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tövsiyə verilib.

APA-nın məlumatına görə, bu barədə Rusiyanın “İnterfax” agentliyi yerli aviaşirkətlərindən birinə istinadən xəbər yayıb. Tövsiyədə bildirilir ki, Avstriya, Əlcəzair, Albaniya, Azərbaycan, Əfqanıstan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanma, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Sudan, Tailand, Tacikistan, Türkmənistan, Türkiyə, Tunis, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-Lanka kimi ölkələrə mütəmadi, tranzit və çarter reysləri zamanı yüksək səviyyədə bütün aviasiya təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir.

Aviaşirkətlərə həmçinin uçuş zamanı zəruri olan quru qida, içməli su ehtiyatları ilə uçuş həyata keçirmək, öz texniki heyətləri tərəfindən texniki baxışdan keçirilmək tövsiyə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR