Gəncədə avtomobil yolun kənarında maneəyə çırpılıb, xəsarət alan var

Gəncədə avtomobil yolun kənarında maneəyə çırpılıb, xəsarət alan var
# 12 iyun 2016 02:32 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin qərb girişində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə bardürə sonra isə işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan bir nəfər, şəhər sakini, 1976-cı il təvəllüdlü Cavanşir Orucov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR