“Azərbaycan dili” fənnindən imtahan vermək üçün rus bölməsinin 7 mindən çox abituriyenti qeydiyyatdan keçib

“Azərbaycan dili” fənnindən imtahan vermək üçün rus bölməsinin 7 mindən çox abituriyenti qeydiyyatdan keçib
# 29 mart 2015 12:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan dili” fənnindən test imtahanı verəcək rus bölməsi abituriyentlərinin qeydiyyatı başa çatmaq üzrədir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər “Azərbaycan dili” fənnindən test imtahanı verməlidirlər.

Həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən etibarən internet vasitəsilə aparılır və bu proses martın 31-də saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, 29 mart saat 14:00-dək olan məlumata görə 7042 nəfər rus bölməsinin abituriyenti qeydiyyatdan keçib. Rus bölməsinin abituriyentləri üçün 1-ci Azərbaycan dili imtahanı aprelin 26-da, 2-ci Azərbaycan dili imtahanı isə iyulun 7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR