Şəkidə 43 yaşlı kişi intihar edib

Şəkidə 43 yaşlı kişi intihar edib
# 05 aprel 2013 06:32 (UTC +04:00)

Şəki Rayon-Şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri M. F. Axundov prospekti 140 ünvanında qeydə alınıb.

Şəki şəhər sakini, 1970-ci il təvəllüdlü Ağayev Vahid Telman oğlu özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. V. Ağayevin hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı Şəki Rayon-Şəhər Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR