Ötən ay Azərbaycanda 1,1% inflyasiya qeydə alınıb

Ötən ay Azərbaycanda 1,1% inflyasiya qeydə alınıb
# 10 oktyabr 2014 07:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 2,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1% bahalaşıb.

Ay ərzində buğda unu, qarabaşaq yarması, toyuq əti, yumurta, günəbaxan və qarğıdalı yağları, alma, nar, üzüm, şabalıd, balqabaq, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, düyü, makaron, mal və qoyun əti, balıq məhsulları, kolbasa məmulatları, kərə yağı, limon, portağal, banan, şaftalı, gavalı, qarpız, yemiş, qoz, fındıq, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, göy lobya, çuğundur, kök, sarımsaq, baş soğan, kartofun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Sentyabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR