Azərbaycan Konqreslər Bürosu "Açıq qapı" tədbiri təşkil edəcək

Azərbaycan Konqreslər Bürosu "Açıq qapı" tədbiri təşkil edəcək
# 06 avqust 2014 16:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu "Açıq qapı" tədbiri təşkil edəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycanda turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Büronun ilk dəfə keçirəcəyi bu mötəbər tədbirə nazir Əbülfəs Qarayev sədrlik edəcək. Tədbir sentyabrın 4-də baş tutacaq.

Qeyd edək ki, Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

Büronun əsas hədəflərindən biri yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı yaratmaq və inkişaf etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR