Azərbaycanda iki gün əvvəl öldürülən kişinin qatilinin həyat yoldaşı olduğu müəyyənləşib

Azərbaycanda iki gün əvvəl öldürülən kişinin qatilinin həyat yoldaşı olduğu müəyyənləşib
# 16 iyul 2014 13:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Abşeronda iki gün öncə 62 yaşlı kişini qətlə yetirən şəxs tutulub.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 14-də Novxanı qəsəbəsində 1952-ci il təvəllüdlü Arif Qasımovun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Məlahət Əlipənah qızı Qasımova tərəfindən bıçaqlandığı müəyyən edilib.

M. Qasımova ilkin ifadəsində bildirib ki, əri A. Qasımov evdə sərxoş halda oğlu Rüfətlə mübahisə edib, bu zaman Rüfət əsəbi halda əli ilə qapının şüşəsini sındırıb. Mətbəxdən çıxan qadın oğlunun əlini qanlı görərək özünü itirdiyini, əlindəki bıçaqla həyat yoldaşına zərbələr vurduğunu deyib.

Xatırladaq ki, Abşeron rayon sakini, 1952-ci il təvəllüdlü Arif Məmməd oğlu Qasımov iyulun 14-də saat 02.00 radələrində kəsici deşici xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR