Oğuzda baş verən ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb - YENİLƏNİB

Oğuzda baş verən ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 19 iyun 2016 17:46 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov-APA. Oğuzda baş verən ağır yol qəzasında həyatını itirənlərin sayı 2 nəfərə çatıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, koma vəziyyətdə xəstəxanaya gətirilən 1961-ci il təvəllüdlü Bənövşə Nəriman qızı Əsgərova həyatını itirib.

Qeyd edək ki, bu gün saat 14:00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistiral avtomobil yolunun 104-cü kilometrliyində, Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. Oğuz rayonu Kərimli kənd sakini, 1939-cu il təvəllüdlü Namiq Zahid oğlu Həmidzadə idarə etdiyi “VAZ 21011” markalı, “48 BA 676” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü N. Həmidzadə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Koma vəziyyətində olan B. Əsgərova isə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

***

19.05

Oğuz. Vüqar Heydərov-APA. Oğuzda baş verən ağır yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə iyunun 19-u saat 14:00 radələrində, Qaraməryəm-İsmayıllı-Şəki magistiral avtomobil yolunun 104-cü kilometrliyində, Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Oğuz rayonu Kərimli kənd sakini, 1939-cu il təvəllüdlü Namiq Zahid oğlu Həmidzadə idarə etdiyi “VAZ 21011” markalı, “48 BA 676” dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü N. Həmidzadə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi 1961-ci il təvəllüdlü Bənövşə Nəriman qızı Əsgərova isə aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya verilən məlumata görə, yaralı B. Əsgərova koma vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR