Braziliya millisi DÇ-nin ən çox qol buraxan komandası olub - VİDEO

Braziliya millisi DÇ-nin ən çox qol buraxan komandası olub  - <span style="color: red;">VİDEO
# 13 iyul 2014 01:59 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA. Braziliya millisi ev sahibi olduğu dünya çempionatında daha bir antirekorda imza atıb. APA TV-nin məlumatına görə, Luis Felipe Skolarının yetrimələri həm turninrin ən çox qol buraxan komandası, həm də dünya çempionatları tarixinin qapısında ən çox qol görən ev sahibi oldu.



Braziliyalılar qrup mərhələsində Xorvatiya və Kamerun millilərinin hər birindən 1 qol, pley-off mərhələsində isə Çili və Kolumbiya yığmalarının hər birindən 1 qol buraxmışdılar. Amma yarımfinalda Almaniya millisi Braziliya yğmasının qapısından 7 qol keçirdi. Üçüncü yer uğrunda Hollandiya millisi ilə oyunda buraxılan daha 3 qolla Braziliya yığması antirekorda imza atmış oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR