ABŞ Dövlət Departamenti: Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması münasibətlərimizə təsir etməyəcək

ABŞ Dövlət Departamenti: Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması münasibətlərimizə təsir etməyəcək
# 12 dekabr 2014 08:21 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ABŞ-Ermənistan münasibətlərinə təsir etməyəcək”. APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi gündəlik brifinqdə bu mövzuda sualı cavablandırarkən deyib.

“Bütün ölkələrin öz maraqlarına uyğun olaraq iqtisadi inteqrasiya və inkişaf yolunu seçmək hüququ var. Heç bir ölkə digərinin iqtisadi və siyasi istiqamətini təyin etmək hüququna malik deyil. ABŞ Ermənistanda demokratik və iqtisadi islahatları dəstəkləmək üçün bu ölkə ilə işləməyə davam edəcək”, - deyə C. Psaki söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR