Sankt-Peterburq aeroportunda oğurlanmış azərbaycanlı iş adamının 1,5 mln. dollarını əlindən alıblar - VİDEO

Sankt-Peterburq aeroportunda oğurlanmış azərbaycanlı iş adamının 1,5 mln. dollarını əlindən alıblar - <span style="color: red;">VİDEO
# 16 iyul 2014 08:46 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə iyulun 15-də “Pulkovo” aeroportunda baş verib.

Məlum olub ki, xüsusi təyinatlıların geyimində olan 6 nəfər azərbaycanlı biznesmenin olduğu avtomobilə yaxınlaşıblar və orada əyləşən şəxslərin əllərinə qandal vururaraq naməlum istiqamətə aparıblar.

Bir müddət sonra quldurlar azərbaycanlı iş adamını və onun mühafizəçilərini Volxonsk şossesində maşından düşürüblər. Onların üzərində olan mobil telefonları və 1,5 milyon dolları isə özləri ilə aparıblar.

Rusiya mətbuatının yazdığına göpə, azərbaycanlı biznesmen Sankt-Peterburqa Dubaydan gəlib. O, burada özünə ev almaq istəyirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR