Hüquq müdafiəçisinin evində axtarış aparılıb

Hüquq müdafiəçisinin evində axtarış aparılıb
# 31 iyul 2014 20:39 (UTC +04:00)

Bakı - APA. Hüquq müdafiəçisi Rəsul Cəfərov bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

APA-nın xəbərinə görə, R. Cəfərov bu barədə “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

O bildirib ki, idarədə şahid qismində dindirilib və ona ünvanlanmış bütün suallara cavab verib.

R. Cəfərov qeyd edib ki, daha sonra onun mənzilində axtarış aparılıb: “Axtardıqları heç bir sənəd mənzildə yox idi. Bunu əvvəlcədən də demişdim, amma axtarış da apardılar. Axtarışdan sonra istədikləri sənədlərin bir qismini saxlamağa verdiyim qohumlarımdan götürdüm və Baş Prokurorluğa təqdim etdim. Hər şey qaydasındadır”.

R. Cəfərov qeyd edib ki, onun gizlədəcəyi heç nə yoxdur: “Maliyyə vəsaitləri açıq şəkildə hesaba daxil olub və çıxarılıb. Bütün zəruri maliyyə sənədlərimiz var, fəaliyyətimiz barədə mütəmadi olaraq məlumat veririk. Biz sırf hüquq-müdafiə işi ilə məşğuluq və işimizi davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR