Xaçmazda üç maşın toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Xaçmazda üç maşın toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">FOTO
# 17 iyul 2014 20:35 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolununun 1-ci km-də qeydə alınıb.

Xaçmaz rayonu, Xudat şəhər sakini 42 yaşlı Xudayev İbrahim Murad oğlunun idarə etdiyi “Merсedes” markalı avtomaşın Bakı şəhər sakini Şakir Əhmədzadənin idarə etdiyi “Nissan” markalı maşına, daha sonra isə Xaçmaz rayon sakini 1967-ci il təvəllüdlü Şirinbala Əmirkişiyevin idarə etdiyi “VAZ 2107”-ə çırpılıb.

Qəza nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb. “Nissan”da olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1996-cı il təvəllüdlü Şamil Əhmədzadə, 1968-ci il təvəllüdlü Yasəmən Əhmədzadə və 1975-ci il təvəllüdlü Esmira Hacıyevadır. Onlar ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR