“Nida”çı Ömər Məmmədovun şikayəti təmin edilməyib

“Nida”çı Ömər Məmmədovun şikayəti təmin edilməyib
# 22 dekabr 2014 11:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvü Ömər Məmmədovun apelyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Ö. Məmmədov bu il yanvarın 30-da həbs edib. Bakı Ağır Cinayətlər Məhkəməsi hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsi ilə ittiham edilib.

Ö. Məmmədov həbs edilərkən VHP-nin üzvü olub, lakin sonradan partiya sırlarından istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR