Azərbaycanın Ottavadakı səfirliyi Kanada xalqına başsağlığı verib

Azərbaycanın Ottavadakı səfirliyi Kanada xalqına başsağlığı verib
# 24 oktyabr 2014 11:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycanın Ottavadakı səfirliyi Kanada Silahlı Qüvvələrinə, Kanada hökuməti və xalqına iki əsgərin itkisinə görə başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə səfirlik öz rəsmi Facebook səhifəsində məlumat yayıb.

“Bizim bütün dualarımız həlak olmuş və yaralanmış əsgərlərin ailələri ilədir” - deyə başsağlığında bildirilir.

Xatırladaq ki, dünən Kanadanın paytaxtı Ottavada silahlı şəxs parlament binasının yaxınındakı Milli Döyüş Abidəsində keşik çәkәn әsgәri vurduqdan sonra parlament binasına daxil olaraq ətrafa atəş açıb, nəticədə iki əsgər həyatını itirib. Hadisə zamanı parlamentdə olan Kanada baş naziri Stephen Harper isə binadan salamat çıxarılıb.

Atəş açan şəxs polis tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR