Koreyalı professor: “Beynəlxalq Kimya Olimpiadası keçirmək üçün Bakıdan yaxşı yer tapa bilməzsiniz”

Koreyalı professor: “Beynəlxalq Kimya Olimpiadası keçirmək üçün Bakıdan yaxşı yer tapa bilməzsiniz”
# 21 iyul 2015 11:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan ecazkar ölkədir. Neft sənayesi burada yüz il bundan əvvəl fəaliyyətə başlayıb. İlk neft boru kəməri də Bakıda çəkilib. Buna görə də Beynəlxalq Kimya Olimpiadası keçirmək üçün Bakıdan yaxşı yer tapa bilməzsiniz”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimində deyib.


D. Li Olimpiadanın yüksək səviyyədə təşkilinə görə Moskva Dövlət Universitetinin Bakı filialına və universitetin rektoru, 47-ci Olimpiadanın prezidenti, professor Nərgiz Paşayevaya dərin minnətdarlığını çatdırıb.

D. Li Olimpiadada kifayət qədər maraqlı sualların olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR