İcbari Sığorta Bürosu tərəfindən növbəti iri kompensasiya ödənişi həyata keçirilib

İcbari Sığorta Bürosu tərəfindən növbəti iri kompensasiya ödənişi həyata keçirilib
# 01 iyul 2015 15:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, büro tərəfindən 13.07.2014-cü il tarixdə saat 06:20 radələrində, Salyan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvlərinin birinin ölümü ilə əlaqədar 5 000 manat, beş nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri almaqları ilə əlaqədar 6 750 manat, ümumilikdə isə hadisə üzrə 11 750 manat məbləğində Azərbaycan vətəndaşlarına kompensasiya ödənişi poçt vasitəsi ilə 01.07.2015-ci il tarixdə köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR