“Expressbank” 8 mart münasibətilə kişilərə dəstək aksiyası keçirir

 “Expressbank” 8 mart münasibətilə kişilərə dəstək aksiyası keçirir
# 04 mart 2015 08:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi kredit aksiyası martın 8-dək davam edəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın şərtlərinə görə, manatla nağd pul krediti götürmək istəyən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunurlar. Kreditin məbləği 10000 manatadək, maksimal müddəti isə 36 aydır. Üstəlik xanım müştərilərə “SmileCard” taksit kartı hədiyyə edilir.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 180-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR