Ermənistan prezidentliyinə namizəd Serj Sarkisyan səs verib

Ermənistan prezidentliyinə namizəd Serj Sarkisyan səs verib
# 18 fevral 2013 09:16 (UTC +04:00)

APA-nın news.am-a istinadən xəbərinə görə, o, səsverməyə xanımı Rita Sarkisyanla birlikdə gəlib. Səsvermədən sonra Serj Sarkisyan Ermənistanın gələcəyi üçün səs verdiyi bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda 6-cı prezident seçkiləri keçirilir. Səhər saatlarından bütün Ermənistan üzrə 1988 seçki məntəqəsi açılıb. Seçkilərin baş tutması üçün səsvermə hüququ olan şəxslərin ən azı yarısı səsvermədə iştirak etməlidir. Birinci turda tam qalib elan olunması üçün namizədlərindən birinin ən azı 50%+1 səs toplamalıdır. Əgər bu səs toplanmazsa, 2 həftədən sonra seçkilərin 2-ci turu keçiriləcək.

Qeyd edək ki, prezidentlik uğrunda 7 namizəd mübarizə aparır: indiki dövlət başçısı, Respublika Partiyasının lideri Serj Sarkisyan, sabiq baş nazir, “Azadlıq” Partiyasının lideri Qrant Baqratyan, sabiq xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Ovannisyan, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan, Dağlıq Qarabağ separatçılarının keçmiş “xarici işlər naziri” Arman Melikyan və Vardan Sedrakyan.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR