Yaxın 2 gündə Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq

Yaxın 2 gündə Azərbaycanda hava şəraiti qeyri-sabit olacaq
# 18 fevral 2013 09:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 5-9, gecə 3-5 dərəcə isti təşkil edəcək.

Fevralın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 19-20-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz 6-11, gecə 1-5 dərəcə isti, dağlıq rayonlarda isə gündüz 2-6 dərəcə isti, gecə 3-8 dərəcə şaxta olacaq.

Fevralın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR