Çində “Çan-xom” qasırğasına görə 60 min insan evakuasiya edilib

Çində “Çan-xom” qasırğasına görə 60 min insan evakuasiya edilib
# 10 iyul 2015 21:27 (UTC +04:00)

Bakı-APA. Çinin cənub-şərq bölgəsində “Çan-xom” qasırğasının yaxınlaşmasına görə 60 min insan təhlükəsiz ərazilərə evakuasiya edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Çinin milli meteoroloji xidmətinin məlumatına əsasən, şiddətli qasırğa Çjetsyan vilayətinə iyulun 11-də, səhər saatlarında çatacaq.

Adıçəkilən vilayətdə ictimai nəqliyyatın, qatar və bərələrin hərəkəti dayandırılıb, onlarla aviareys ləğv edilib.

Meteoroloqlar küləyin sürətinin 200 km/s-dək arta biləcəyini qeyd edir.

Qeyd edək ki, bu həftə Filippində 5, Yaponiyada isə azı 23 nəfər “Çan-xom” qasırğasının qurbanı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR