Bakıda oğurluqda şübhəli bilinən qadın həbs olunub

Bakıda oğurluqda şübhəli bilinən qadın həbs olunub
# 05 noyabr 2015 07:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 4-də Yusif Ələkbərova məxsus mağazadan geyim əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Səadət Məmmədova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR