BMT: Minsk razılaşmalarının imzalanmasından sonra Ukraynada 400 nəfər ölüb

BMT: Minsk razılaşmalarının imzalanmasından sonra Ukraynada 400 nəfər ölüb
# 05 iyun 2015 19:27 (UTC +04:00)

Bakı-APA. Münaqişə başlanandan bu günədək Ukraynada hərbi əməliyyatlar nəticəsində 6 400 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin müavini Ceffri Feltman Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

“İyunun 3-də Maryinkada baş verən toqquşmada isə 9-u dinc sakin olmaqla, 28 nəfər ölüb. Son hesablamalara əsasən, Minsk razılaşmalarının imzalanmasından sonra Ukraynanın şərqində 400 nəfər həyatını itirib”, deyə C.Feltman bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR