“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırdı

“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırdı
# 11 dekabr 2014 20:08 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, qrupun yekun qarşılaşmaları ilə 1/16 finalın son vəsiqələrin sahibləri bəlli olur.

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxıb. Ağdam klubunun taleyinə bu görüşdə aydınlıq gəlib.

Belə ki, F qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri son sınaq qarşısında “İnter”lə üz-üzə gəlib. 1/16 final yolunda son addımını atan təmsilçimizə bu oyunda istənilən hesablı qələbə də kifayət idi ki, “Qarabağ” bunu reallaşdıra bilməyib.

Düzdü, oyuna əlavə edilmiş 4-cü dəqiqədə Riçard Almeyda hesabı açıb. Lakin çexiyalı hakim Mioslav Zelinka qolu qeydə almayıb.

Beləliklə, “İnter”lə qolsuz bərabərə (0:0) qalan Ağdam klubu xalını 6-ya çıxararaq, qrupu 3-cü pillədə başa vurub. Ukraynada Fransa “Sent-Etyen”ini 1:0 hesabı ilə məğlub edən “Dnepr” isə qrup ikincisi kimi “İnter”lə birgə növbəti mərhələyə adlayıb.

Avropa Liqası

Qrup mərhələsi, VI tur

11 dekabr

F qrupu

“Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) - 0:0

Baş hakim: Mioslav Zelinka

Hakim köməkçiləri: Andjey Pelikan, İrji Molaçek

Dördüncü hakim: Antonin Kordulin

Əlavə hakim köməkçiləri: Petr Ardeleanu, Yan Jilek (hamısı Çexiya)

Hakim-inspektor: Ray Ellinqhem (Uels)

UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

QARABAĞ: 1. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc, 17. Vüqar Nadirov, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 24. Admir Teli, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev, 6. Hacı Əhmədov

Baş məşqçi: Qurban Qurbanov

İNTER: 30. Xuan Pablo Karrizo, 6. Marko Andreolli (k), 14. Uqo Kampanyaro, 25. İbrahima Mbaye, 33. Danilo D'Ambrosio, 54. Ayzek Donkor, 20. Coel Obi, 44. Rene Krhin, 90. Yann M'Vila, 7. Pablo Osvaldo, 97. Federiko Bonassoli

Ehtiyat oyunçular: 95. David Kosta, 46. Tommazo Berni, 24. Cakomo Skyaça, 93. Federiko Dimarko, 92. Enirko Baldini, 96. Andrea Palassi

Baş məşqçi: Roberto Mançini

1.

İnter

6

3

3

0

6:2

12

2.

Dnepr

6

2

1

3

4:5

7

3.

Qarabağ

6

1

3

2

3:5

6

4.

Sent-Etyen

6

0

5

1

2:3

5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR