Ermənistan prezidenti Sankt-Peterburqda həmsədrlərlə görüşüb

Ermənistan prezidenti Sankt-Peterburqda həmsədrlərlə görüşüb
# 21 iyun 2016 07:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan prezidenti Serj Sarkisyan Sankt-Peterburqda ATƏT-in Minsk qrupu həmsədrləri rusiyalı İqor Popov, amerikalı Ceyms Uorlik, fransalı Pyer Andryu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, S. Sarkisyan Sankt-Peterburqda keçirilən sammit barədə təəssüratlarını bölüşüb.

Xatırladaq ki, ötən gün Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli görüşü keçirilib. Görüşün sonuna ATƏT-in Minsk qrupu həmsədrləri də qatılıb.

Sonda prezidentlərin birgə bəyanatı qəbul olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR