Dövlət Komitəsi istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlanıb

Dövlət Komitəsi istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlanıb
# 08 iyun 2015 13:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bu ilin may ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələrini açıqlayıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, monitorinq ticarət şəbəkələrindən seçilmiş ümumilikdə 40 adda məhsullar arasında aparılıb. Yoxlanılan 24 məhsul yerli istehsal, 16 adda isə xarici istehsaldır.

Belə ki, yoxlanılan 5 adda çörək və makaron məmulatlarından 5-i, 3 adda ət məhsullarından isə 3-ü yerli məhsul olub. Bundan başqa, 12 adda süd məhsullarından 10-u yerli, 2-si isə xaricdə istehsal edilən məhsullar olub.

Bununla yanaşı, şəkərli qənnadı məmulatlardan 2 adda məhsul olub ki, bunun da hamısı xarici məhsullar olub. Yoxlamalar aparılan 2 adda alkoqolsuz içkilər arasında 2 adda xarici məhsul mövcud olub.

Həmçinin yoxlamalar zamanı 5 adda müxtəlif konservləşdirilmiş məhsullar arasında 5 adda xarici məhsul mövcuddur.

Məlumata görə, yoxlanılan məhsulların aparılan analizlərin nəticələri göstərir ki, 29 adda və ya 72,5% adda məhsulun analiz cavabları müsbət olub. 8 adda və ya 20% məhsulun analiz nəticələri mənfi çıxıb. 3 adda və ya 7,5% məhsulun nəticələri hazır deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR