Biləsuvar və Astarada yanğın hadisələri baş verib

Biləsuvar və Astarada yanğın hadisələri baş verib
# 11 fevral 2013 07:12 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycanın Biləsuvar və Astara rayonlarında yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar və Astara Rayon Yanğından Mühafizə Hissələrindən APA-nın cənub bürosuna verilən məlumata görə, birinci yanğın hadisəsi ötən gün axşam saatlarında Biləsuvar rayonunun Səmədabad kəndində ikimərtəbəli kommunal tipli yaşayış evinin ikinci mərtəbəsində 1973-cü il təvəllüdlü Nigar Qəribxan qızı İbadovaya məxsus ümumi sahəsi 40 kv. m olan mənzildə qeydə alınıb. Yanğın nəticəsində mənzilin bir otağı içindəki əşyalarla birlikdə 24 kv. m sahədə yanaraq yararsız hala düşüb.

Astarada isə yanğın hadisəsi bu gün saat 05:00 radələrində rayonun Səncərədi kənd sakini, 1965-ci il təvəllüdlü Əfsanə Ələsgər qızı Bayramovaya məxsus ümumi sahəsi 96 kv. m olan birmərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində xəsarət alan olmasa da, evin bir otağının döşəməsi və orada olan “Çinar” markalı soyuducu yanaraq sıradan çıxıb.

Hər iki faktla bağlı müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR