Türkiyədə nümayiş zamanı baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 100 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Türkiyədə nümayiş zamanı baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 100 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 05 iyun 2015 20:23 (UTC +04:00)

APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan dərhal sonra HDP-nin nümayişi dayandırılıb.

Türkiyə baş naziri Əhməd Davudoğlu insidentin səbəbinin araşdırılacağını və hücum olduğu təqdirdə günahkarların tapılacağını bəyan edib. Baş nazir həmçinin Türkiyə vətəndaşlarını, xüsusilə də Diyarbakır sakinlərini hər cür təxribata uymamağa çağırıb.

Qeyd edək ki, ilk partlayış Diyarbakır şəhərinin “İstasyon” meydanında yerli vaxtla 17:50-də baş verib. İlk əvvəl partlayışın yol kənarındakı transformatorla əlaqədar olduğu elan edilsə də, sonradan bu versiya təsdiqini tapmayıb və nümayiş meydanından 60 metr kənardakı zibil qutusundan qaynaqlandığı bəyan edilib. 5 dəqiqə sonra isə nümayiş meydanı yaxınlığında yerləşən transformatorda daha güclü partlayış baş verib və çox sayda insan yaralanıb. İnsident nəticəsində yaralananlardan vəziyyəti ağır olan iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

***

20:46

Bakı-APA. Türkiyənin Diyarbakır şəhərində HDP (Xalqların Demokratik Partiyası) mitinqində partlayış baş verib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə insident nəticəsində 10 nəfər xəsarət alıb.

İlkin məlumata görə, partlayışa yol kənarında yerləşən transformatorda elektrik qısa qapanması səbəb olub.

Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR