Xaçmazda meşə massivindən kişi meyiti tapılıb - VİDEO

Xaçmazda meşə massivindən kişi meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 12:24 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, naməlum şəxsin 20-25 yaşlarında olduğu ehtimal olunur.

Meyitə baxış zamanı sağ ciynində və əlində döymə üsulu ilə “Adik” yazıldığı, sol ciynində isə tac işarəsi təsvir olunub. Meyiti ətrafda yaşayan sakinlər tapıb. Onun üzərində geyim olmayıb. Aşkar olunan şəxsin boyu 168 sm-dir.

Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün müvafiq axtarış-əməliyyat tədbirləri aparılır.

Bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Xaçmaz rayon Polis Şöbəsinə (023) 325 53 56 nömrəsinə məlumat vermələri xahiş olunur.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR