Qvatemalada 6,2 bal gücündə zəlzələ baş verib

Qvatemalada 6,2 bal gücündə zəlzələ baş verib
# 26 mart 2013 02:54 (UTC +04:00)

Bakı-APA. Martın 25-də Qvatemalada 6,2 bal gücündə zəlzələ baş verib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Yeraltı təkanların episentri paytaxtdan 40 km aralıda, 200 km dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, keçən ilin noyabrında Qvatemalanın San Markos departamentində baş vermiş 7,5 bal gücündə zəlzələ nəticəsində 50 nəfər ölüb.

1976-cı ildə Qvatemala şəhərindən 160 km aralıda baş vermiş 7,5 bal gücündə zəlzələ 23 mindən çox insanın həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR