Georgian Airways işçilərin tətili səbəbindən Moskvaya bütün uçuşları dayandırıb

Georgian Airways işçilərin tətili səbəbindən Moskvaya bütün uçuşları dayandırıb
# 10 dekabr 2014 02:35 (UTC +04:00)

Bakı-APA. Georgian Airways aviaşirkəti işçilərin tətili səbəbindən dekabrın 10-dan etibarən Moskvaya birbaşa uçuşları dayandırıb. APA-nın “İmedi”-yə istinadən verdiyi xəbərə görə, tətil şirkətin texniki xidmətləri tərəfindən elan edilib. Onların narazılığına səbəb isə Rusiya aviaşirkətlərinin ölkəyə uçuşlarının sayına Gürcüstan Mülki Aviasiya Agentliyi tərəfindən heç bir məhdudiyyət qoyulmaması olub.

Məlumata görə, hökumət Rusiya və Gürcüstan aviadaşıyıcıları arasında qeyd olunan marşrut üzrə paritet tətbiq etməyə planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR