Dünyada yeni quş qripi pandemiyası təhlükəsi var

Dünyada yeni quş qripi pandemiyası təhlükəsi var
# 02 may 2013 03:54 (UTC +04:00)

Bakı-APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri son zamanlar Çində ortaya çıxmış quş qripinin yeni növünün (H7N9) insanlar üçün ciddi təhlükə olduğunu bildiriblər. Onların sözlərinə görə, insana yoluxan bu qripin çox yüksək ölüm göstəricisinə malikdir. Çoxlu sayda insanların yoluxması isə qripin ümumdünya pandemiyasına səbəb ola biləcəyini göstərir.

ÜST-nin məlumatına görə, Çində H7N9 qripinə 125 nəfər yoluxub. Onlardan 24 nəfəri ölüb. Hazırda qrip quşlardan insana keçir. H7N9 qripinin genotipi 2 mutasiyaya malikdir. Onlar qripin insandan insana keçmək qabiliyyətinə malik olacağı ehtimalını artırırlar. Əgər virus bu xarakterə malik olsa, bu pandemiyanın əmələ gəlməsi şərti deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR