Tovuzda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB

Tovuzda meyiti tapılan qadının kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 19 iyun 2016 21:09 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda meyiti tapılan qadının kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında Əsrik çayının rayonun Aşağ Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının Aşağı Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Tovuz rayon Prokuroluğöunda cinayət işi açılıb araşdırma gedir.

***

22:49

Tovuz. Azər Məmmədli – APA. Tovuzda naməlum qadın meyiti aşkarlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında Tovuzun Aşağı Quşçu kəndi yaxınlığında olan körpünün yaxınlığında naməlum qadın meyiti tapılıb. Dərhal Tovuz rayon Polis Şöbəsinə məlumat verilib.

Meyit mərkəzi rayon xəstəxananın morquna yerləşdirilib. Təxminən 35-40 yaşlarında olan qadın meyitinin şəxsiyyəti hələki məlum deyil. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR