SOCAR: DESFA-nın özəlləşdirilməsi ilə bağlı danışıqlar davam edir

SOCAR: DESFA-nın özəlləşdirilməsi ilə bağlı danışıqlar davam edir
# 06 mart 2015 16:09 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, jurnalistlərə açıqlamasında R. Abdullayev deyib:

"Bu məsələ ilə bağlı Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu ilə danışıqlar aparırıq. Bu gün də bizim ekspert qrupumuz danışıqlarda olub. Gələn həftə də qrup danışıqları davam etdirəcək. Bu danışıqları son mərhələyə çatdıracağıq", - deyə R. Abdullayev bildirib.

DESFA-da Azərbaycan tərəfinin payının nə qədər olacağı barədə sualı cavablandırarkən SOCAR rəhbəri deyib ki, "hər şey Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunun cavabından asılıdır".

Əlavə edək ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR