Səfir Hidayət Orucov Qırğız Respublikasının xarici işlər naziri ilə görüşüb

Səfir Hidayət Orucov Qırğız Respublikasının xarici işlər naziri ilə görüşüb
# 01 iyul 2016 14:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Erlan Abdıldayev ilə görüşüb.


Səfirlikdən APA-ya verilən xəbərə görə, H. Orucov 2017-ci ilin yazında Azərbaycanın Qırğızıstanda, payızında isə Qırğızıstanın Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı nazirlə fikir mübadiləsi aparıb və razılıq əldə olunub. Səfir qeyd edib ki, bu il Azərbaycanda qırğız şairi və mütəfəkkiri Jusub Balasaqının 1000 illiyi yubileyi keçiriləcək.

Nazir E. Abdıldayev Azərbaycan və Qırğızıstan xalqlarının qardaş olduğunu vurğulayaraq ölkələr arasında münasibətlərin inkişaf etməkdə olduğunu bildirib.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR